Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”

3 İyun 2020 17:34

ABŞ-ın keçmiş prezidenti Corc Buş afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsi barədə açıqlama verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Laura (həyat yoldaşı - red.) və mən Corc Floydun amansızlıqla boğulmasına görə əzab çəkirik. Ölkəmizi boğan ədalətsizlik və qorxudan narahatıq. İndi dərs vermək deyil, dinləmək zamanıdır", - deyə C.Buş bildirib.

Keçmiş prezident ölkədəki faciəvi uğursuzluqların mühakimə edilməsinin vaxtının çatdığını vurğulayıb.

Milli.Az