Ramal karantin dövründə yanıma gəlməli, bazarlıq etməli idi - Elza

3 İyun 2020 12:59

Əməkdar artist Elza Seyidcahan müğənni Ramal İsrafilovu xəsis adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi "7 canlı" proqramında danışıb.

Seyidcahan həmkarına bir neçə mahnı verdiyini, lakin qarşılığında heç nə almadığını bildirib: "Ramal İsrafilov çox xəsisdir. Ona 3-4 mahnı vermişəm. Karantin dövründə yanıma gəlməli, bazarlıq etməli idi. Hanı onun bazarlıqları? O evimə gəlməli, hətta anamın yaşadığı ünvana gedib köməklik göstərməli idi. Bəs hardasan, Ramal?"

Milli.Az