Rusiyalı alimlər tərəfindən COVID-19-a qarşı peyvənd hazırlanır

3 İyun 2020 13:14

Rusiyada Eksperimental Tibb İnstitutunun alimləri tərəfindən koronavirusa qarşı yoğurtşəkilli peyvənd hazırlanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Vladimir Çexonin deyib.

O bildirib ki, hazırda dərmanın klinik sınaqları aparılır. Yeni preparat aerozol və ya instillasiya şəklində ağız vasitəsilə bədənə daxil olan mukozal peyvəndlər növünə aiddir.

Milli.Az