Moskvada bir uşaq Kavasaki sindromundan öldü

3 İyun 2020 14:34

Kavasaki xəstəliyi koronavirus pandemiyası dövründə uşaqlarda rast gəlinən xəstəlikdir. Həkimlər hesab edir ki, bu xəstəlik koronavirusun uşaqlarda gedən formasıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 2 yaşlı Marusyada koronavirus antiteli testi müsbət çıxıb, uşağa kavasaki diaqnozu qoyulub.

Qız xəstəxanaya 39 dərəcə qızdırma ilə daxil olub. Qızdırma 5 gün idi ki, düşmürdü.

Ayaqları və qolları qəribə səpkilərlə örtülmüşdü.

Baxmayaraq ki, uşağın anası internetdən araşdırmasında Kavasakidən şübhələnmişdi, həkimlər kəskin allergiya kimi qəbul ediblər.

Uşaqda boğulma və burun damarlarının partlaması baş verdikdə isə onu reanimasiyaya qaldırdılar. Orda isə görülən tədbirlər uşağı xilas edə bilmədi.

Valideynlər övladlarının xilas olma şansının olduğunu deyir, əgər həkimlər Kavasaki diaqnozunu qoysaydılar.

"Qərbdə bütün həkimlər bu simptomlarla gələn uşağı dərhal Kavasakidən müalicə edirlər. Bu sindrom barədə burdakılar heç nə bilmir? Necə olur mənim savadım olmaya-olmaya anladım, həkimlər yox. Onlar göz görə-görə uşağı öldürdülər" - deyə ana bildirib.

Milli.Az