Koronavirusdan sağalanların sayı 3 milyonu keçdi

3 İyun 2020 10:39

Noyabr ayından Çindən yayılmağa başlayan yeni növ koronavirusa yoluxanların sayı artmaqdadır.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən indiyədək 6 milyon yarıma yaxın insanda bu virus aşkarlanıb.

Koronavirusdan sağalanların sayı 3 milyonu ötüb. 382481 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib.

ABŞ koronavirusa yoluxma sayına görə siyahıda birinci yerdədir. Karantin rejiminin tətbiq olunmadığı Braziliya ikinci yerdə qərarlaşıb. Qonşu ölkələrdən Rusiya 3, Türkiyə 10, İran isə 11-ci yerdədir.

Koronavirusdan ən çox ölüm halları ABŞ, Birləşmiş Krallıq və Braziliyada baş verir.

Bəxtiyar Umarlı
Milli.Az