Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub öldü

3 İyun 2020 10:09

Cəlilabad rayonunda yeniyetmə çayda boğulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az