“Dost dedikləriniz ərlərinizi əlinizdən alacaq”

3 İyun 2020 09:39

Türkiyəli müğənni Ebru Polat sosial şəbəkə paylaşımı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı hər kəsə ətrafındakı dostlarına güvənməməyi məsləhət görüb:

"Dost deyib heç kimi evinizə dəvət etməyin. Həmin insanlar sabah sizin ərlərinizi əlinizdən alacaqlar. Arxanızca danışacaqlar. İlanlar uzaq yox, hər zaman yanınızda olur. Bağışlamaq Allaha məxsusdur. Sizə qarşı yanlış hərəkət olanda bağışlamayın".

Milli.Az