Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb

3 İyun 2020 09:09

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa 225 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yoluxma halları Nur-Sultan (23), Almatı (39), Çimkənd (21) şəhərlərində və Qızılorda (30), Atırau (21), Manqistausk (17), Aktyubinsk (14), Şərqi-Qazaxıstan (6), Almatı (5), Jambıl (5), Kostanay (2), Şimali-Qazaxıstan (2) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 858 nəfərə çatıb.

Milli.Az