Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib

3 İyun 2020 08:47

Pentaqon afroamerikalı Corc Floydun Minneapolis şəhərində (Minnesota ştatı) ölümündən sonra başlayan etiraz aksiyaları ilə əlaqədar ölkənin paytaxtı Vaşinqtonun ətraf rayonlarına 1,6 min hərbçi göndərib.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

Onun sözlərinə görə, hərbçilər Vaşinqtonun öözündə deyil, Vaşinqtonun ətraf rayonlarında yerləşən hərbi bazalardadırlar.

C.Hoffman əlavə edib ki, hərbçilər yüksək hazırlıq vəziyyətinə gətirilib, lakin onlar hələki polislərə yardım etmirlər.

Milli.Az