İtaliyada koronavirusdan daha 55 nəfər ölüb

3 İyun 2020 08:24

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 318 nəfər yoluxub

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 233 515 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 55 ölüm halı qeydə alınıb, koronavirusdan ölənlərin ümumi sayı 33 530 nəfər təşkil edir.

Qeyd edilir ki, son sutka ərzində 1 737 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 160 092 nəfərə çatıb.

Milli.Az