Moskvada koronavirusdan ölənlərin sayı 2 685 nəfərə çatıb

3 İyun 2020 08:15

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 61 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 61 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda 2 685 nəfər koronavirusdan ölüb.

Milli.Az