“Ən böyük arzum ana olmaqdır” - Pərvin Abıyeva

2 İyun 2020 20:54

Aktrisa Pərvin Abıyeva "Xəzər" TV-də yayımlanan "5/5" verilişində qonaq olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa proqramda ən böyük arzusundan danışıb:

"Hazırda ən böyük arzum ana olmaqdır. Ondan başqa istəyim yoxdur. Maşın, villa sonra da almaq olar, dünya malı, dünyada qalır".

Zaur Kamal aktrisanın barmağındakı üzüyü göstərərək "O hədiyyəni mən indiyə kimi heç kimə verməmişdim, ad günündə sənə aldım, indi gətirib gözümə soxursan?" sözlərinə Pərvin "həmin üzük deyil, gündə mənə 10 dəfə sms yazırsan ki, baxım görüm həmin üzüyü taxmısan?" cavabını verib.

Milli.Az