Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

2 İyun 2020 18:17

Müəllimlərin yay məzuniyyəti hər zamankı vaxtında başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O əlavə edib ki, virtual dərslərin keçirilməsi ilə bağlı müəllimlər qarşısında məcburiyyət yoxdur: "Virtual dərslər pandemiya dövründə mövzuları mənimsəmək üçün keçirilirdi. Dərs ili bitibsə, bu dərslər keçirilməyə də bilər".

Milli.Az