Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərslikləri geri qaytarılmalıdır - Anar Mirzəzadə

2 İyun 2020 19:59

"Məktəblərdə ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, 1-5-ci sinif şagirdlərinin dərslikləri 1-15 sentyabr tarixlərində məktəblərə geri qaytarılmalıdır. Digər siniflərdə isə dərsliklərin qaytarılması 1-15 iyun tarixlərində həyata keçirilməlidir.

Milli.Az