Demişəm ki, verilişdə olanda heç nə göndərmə - Sevda

2 İyun 2020 19:54

Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramova qoyduğu qadağadan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Ona qalsa" proqramına gələn zaman yaradıcı heyət ona sürpriz etmək istəyib.

Aparıcı-şairə Nazilə Səfərli bildirib ki, Z.Bayramova yazaraq, ondan Sevdaya canlı yayımda sürpriz etməsini istədiyini bildirib:

"Zakirə dedim ki, Sevdanın xəbəri olmasın. O da gecə 12-yə qədər gizli saxlayıb, 2-də Sevdaya açıb deyib. Ona görə də indi onunla danışmıram".

Sevda isə bu cür halları xoşlamadığını bildirib:

"Sürpriz etmək istəyirdilər. O da bilir ki, həyəcanlanıram. Demişəm ki, verilişdə olanda heç nə göndərmə. Camaat elə bilir ki, qəsdən edirəm".

Milli.Az