2-15 iyun tarixlərində təhsil işçiləri işə hansı qaydada cəlb edilməlidir?

2 İyun 2020 17:54

2-15 iyun tarixlərində ümumtəhsil müəssisələrində təhsil işçilərinin işə cəlb edilməsi məktəb direktorunun tərtib etdiyi qrafik əsasında aparılmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin tarixlərdə ümumtəhsil müəssisələinin direktorunun müəyyən etdiyi qaydada, sanitar epidemioloji qərarlara əməl etməklə, təlim-tərbiyə işləri üzrə direktorlar müavinləri, sinif rəhbərləri, zərurət olduqda müəllimlər işə cəlb ediləcəklər. Öhdəsində yaşlı insanlar, 7 yaşadək uşağı olan təhsil işçilərinin gəlməsinə görə güzəşt tətbiq edilir: "Yaşı 65-dən çox olan əməkdaşlar da bu baxımdan istisna edilir. İşlədiyi ümumtəhsil müəssisəisndən kənarda olan əməkdaşlar bu prosesə cəlb edilməməlidir".

Milli.Az