Tənha yaşayan balıqçının həyat hekayəsi - FOTOlar

2 İyun 2020 18:34

"ARB Media Qrup"un "Aranfilm" yaradıcılıq mərkəzi yeni filmin çəkilişini yekunlaşdırıb.

Milli.Az xəbər verir ki, ekran əsəri Ağdaş rayonunun Ərəbşəki kəndində tənha yaşayan bir balıqçının həyat hekayəsindən bəhs edir.

Filmin rejissoru Yeganə Əbdülməmmədova, operatoru Faiq Yusifoğlu, filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Tezliklə film tamaşaçılara təqdim ediləcək. 

Milli.Az