Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb

2 İyun 2020 19:44

2020-ci il Formula 1 mövsümünün ilk səkkiz mərhələsinin təqvimi açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilk yarış iyulun 5-də Avstriyada baş tutacaq.

Daha sonra Avstriyada ard-arda ikinci mərhələ keçiriləcək.

İyulun 19-da Macarıstan, avqustun 2-də və 9-da Böyük Britaniya, avqustun 16-da İspaniya, avqustun 30-da Belçika və sentyabrda İtaliya Qran priləri keçiriləcək.

Mövsümün digər mərhələləri, o cümlədən Azərbaycan Qran-prisinin tarixi yaxın vaxtlarda açıqlanacaq.

Milli.Az