“Türk Hava Yolları” beynəlxalq reysləri bərpa edir

2 İyun 2020 15:58

"Türk Hava Yolları" aviaşirkəti iyunun 18-dən beynəlxalq reysləri bərpa edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətin mətbuat katibi Yəhya Üstün "Twitter" səhifəsində yazıb.

O bildirib ki, həmin tarixdən Türkiyənin 14, Avropanın 16 şəhərinə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar "Türk Hava Yolları" şirkəti də uçuşları dayandırmışdı.

Milli.Az