Nərgiz Cəlilovadan AzTV-də vəzifə verilməsi xəbərinə REAKSİYA

2 İyun 2020 15:25

Tanınmış teleaparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yüksək vəzifəyə təyin olunması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Əməkdar artist ölkə.az-ın əməkdaşı ilə söhbətində yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

"Bu, tamamilə uydurma xəbərdir. Əgər bunu mənim dilimdən eşitməmisinizsə, deməli, həqiqətə uyğun deyil", - o açıqlayıb.

Qeyd edək ki, bu haqda xəbəri ilk olaraq ''News24.az'' saytı yayıb.

Milli.Az