"Ətrafımda hər kəs uşaqla şəkil paylaşır, mən də..." - Hamiləliyini gizlədən aktrisa - FOTO

2 İyun 2020 15:09

Ötən gun Uşaqlar günü ilə əlaqədar aktrisa Ülviyyə Xəlilbəyli sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az big.az-a istinadən bildirir ki, aktrisa İnstaqram hesabında pişiklə foto paylaşıb.

O, fotonu paylaşaraq: "Bu gün uşaqların bayramıdır. Bütün uşaqları və uşaq qəlbliləri təbrik edirəm. Baxdım ətrafımda hər kəs uşaqla şəkil paylaşır, mən də Mişkamla paylaşdım" sözlərini yazıb.

Qeyd edək ki, aktrisanın hamiləlik xəbəri yayılsa da o, bunu inkar edir. Amma son paylaşımlarında Ülviyyə geyimi ilə qarnını gizli saxlayır.

Xatırladaq ki, Ülviyyənin hamilə olması xəbərini ilk olaraq axsam.az saytı yayıb.

Milli.Az