"Barselona"nın 5 futbolçusu koronavirusdan sağaldı

2 İyun 2020 19:09

"Barselona"nın 5 futbolçusu və 2 işçisi koronavirus pandemiyasını keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,koronavirus səbəbindən fasilənin əvvəlində onlarda virus aşkarlanıb. Ancaq futbolçular və işçilər xəstəliyi simptomlarsız keçiriblər. Həmin şəxslərin hazırda tam sağlam olduğu vurğulanıb. Koronavirusdan sağalan futbolçuların oynamağa hazır olduğu bildirilib.

"Barselona"  daha əvvəl koronavirus testlərinin hamısının neqativ çıxdığını açıqlayıb.

Milli.Az