Azərbaycanda uçuşlar bərpa edilir? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

2 İyun 2020 13:59

13:59

Nazirlər Kabineti Macarıstanın "Wizzair" aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:

"Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. "Wizzair"in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb".

Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.

---------
11:24

Macarıstanın "Wizzair" aviaşirkəti Bakıdan uçuşları elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.

Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.

Qeyd edək ki, Operativ Qərargahın son yaydığı məlumatda Azərbaycanın sərhədinin iyunun 15-dək bağlı olacağı açıqlanmışdı.

Milli.Az