Azərbaycan XİN İtaliyanı təbrik edib

2 İyun 2020 12:25

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Respublika Günü münasibətilə təbrik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"İtaliyanı Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan və İtaliyanı bir-birinə dostluq və tərəfdaşlıq münasibətləri bağlayır. Bu əlamətdar gündə dost İtaliya xalqına möhkəm cansağlığı, uğurlar, davamlı sülh və firavanlıq diləyirik".

Milli.Az