Braziliyalı futbolçu "Neftçi"də

2 İyun 2020 14:26

"Neftçi" Braziliyanın B Seriyası təmsilçisi "Quarani"nin futbolçusu Tallison Auqustonu heyətinə qatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,Bakı klubu  28 yaşlı  müdafiəçi ilə dünən 3 illik müqavilə imzalayıb.

"Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycanda oynayacağını təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin yüksək olduğunu deyib.

Qeyd edək ki, braziliyalı T.Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klublarda oynayıb.

Milli.Az