Masallıda avtomobil kanala aşdı: ölən var

2 İyun 2020 09:40

Masallı rayonunun Ərçivan kəndində "LADA" markalı minik avtomobilinin yol kənarındakı su kanalına aşıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Milli.Az