“Həyat yoldaşım məni sevməyə başladı” - Roza - VİDEO

2 İyun 2020 10:46

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub.

Milli.Az bildirir ki, ifaçı karantinin onun üçün müsbət tərəflərinin olduğunu deyib:

"Pandemiyanın mənim üçün mənfi cəhətləri kilo almağım və yığdığım pulları xərcləməyim oldu. Çünki yardımlar etdim, əməliyyat olundum, əlimdə cəmi 1000 manat pulum qaldı. Lakin müsbət tərəfləri daha çox oldu. Ailəmlə çox zaman keçirib övladlarımı daha yaxşı tanıdım. Həyat yoldaşım da təzədən məni sevməyə başladı. Çünki keçmişdəki mətbəx məharətlərim yenidən üzə çıxdı".

Milli.Az