İyunun 4-dən etibarən Türkiyədə ölkədaxili aviareyslər tam bərpa olunur

2 İyun 2020 08:43

"Türk Hava Yolları" aviaşirkəti iyunun 4-dən etibarən ölkədaxili səfərləri tam bərpa edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə şirkətin baş direktoru Bilal Ekşi sosial media hesabı vasitəsilə açıqlama yayıb. Səfərlərin bərpası nəticəsində iyunun 4-dən etibarən İstanbuldan Türkiyənin 34, Ankaradan isə 15 şəhərinə uçuşlar keçiriləcək.

Milli.Az