Kamçatka sahillərində 5.0 bal gücündə zəlzələ baş verib

2 İyun 2020 08:13

Rusiyanın Kamçatka sahillərində 5.0 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya elmlər akademiyasının geofizik xidmətinin Kamçatka filialından xəbər verilib

Yeraltı təkanların episentri Ust-Kamçatsk qəsəbəsindən 140 kilometr aralıda, ocağı isə 29 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az