ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

2 İyun 2020 07:55

ABŞ-ın İllinoys ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza Karlinvil şəhərindən 5 kilometr aralıda, yaşayış evlərinin yaxınlığında baş verib.

Bildirilir ki, qəza nəticəsində təyyarənin pilotu və 3 sərnişini həlak olublar.

Qəzanın səbəbləri barədə məlumat verilməyib, milli təhlükəsizlik idarəsi istintaq aparır.

Milli.Az