Vaşinqtonda komendant saatı daha 2 gün uzadıldı

1 İyun 2020 22:20

ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi iğtişaşlar səbəbindən tətbiq edilən komendat saatı daha iki gün uzadılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Myuriel Bouzer keçirdiyi mətbuat konfransında deyib.

"Bu gün Vaşinqtonda, Kolumbiya şəhər dairəsində komendant saatının daha iki gün artırılmasına qərar verdi", - deyə Bouzer bildirib.

Yeni komendant saatı 1 iyun saat 19:00-dan başlayacaq və iki gün davam edəcək.

Qeyd edək ki, mayın 25-də Minnesota ştatında afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən boğularaq öldürülməsindən sonra ölkədə kütləvi etirazlar başlayıb. Tez-tez polislə toqquşan aksiyaçılara qarşı, dəyənəkdən, gözyaşardıcı qazdan istifadə olunub.

Milli.Az