AMİP-də yeni təyinat

20 Aprel 2010 18:28
Azərbaycanın müxalifət partiyasına üzv olan keçmiş deputat beynəlxalq əlaqələr üzrə katib vəzifəsinə təyin edilib.

"Yusif Bağırzadənin bu vəzifəyə təyin olunması ilə bağlı sərəncamı partiyanın baş katibi Fuad Muxratov imzalayıb", - deyə  Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və informasiya xidmətindən Trend-ə bildirilib.

Bağırzadə AMİP Nizamnaməsinin 62-ci maddəsinə uyğun olaraq tutduğu vəzifəsinə görə həm də Siyasi Şuranın üzvü kimi fəaliyyət göstərəcək.

Yusif Bağırzadə bir müddət əvvəl AMİP-ə üzv olması ilə bağlı müraciət edib. Partiyanın Siyasi Şurasında onun müraciəti nəzərə alınaraq üzv qəbul olunmasına razılıq verilib.

/Trend/