Son beş ildə AÇG yataqlar blokundan hasilat azalıb

1 İyun 2020 18:57

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan son beş ildə hasilat 15,7% azalıb.

Milli.Az BP-nin 2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatına əsasən xəbər verir ki, 2015-ci ildə AÇG-də hasilatın həcmi 231,3 mln. barel təşkil etmişdisə, 2019-cu ildə bu göstərici 195 mln. barel olub.

2019-cu ildə AÇG-dəki 6 hasilat platformasından dördündə 2015-ci illə müqayisədə hasilat azalıb, ikisində isə artıb.

Belə ki, 2015-ci ildə "Çıraq" platformasında 17,3 mln. barel 2019-cu ildə 14,9 mln. barel neft hasil edilib. "Mərkəzi Azəri" platforması üzrə 2015-ci ildə hasilat 56,2 mln. barel, 2019-cu ildə 48,8 mln. barel, "Dərinsulu Günəşli" platformasında hasilat 2015-ci ildə 51,6 mln. barel, 2019-cu ildə 34,8 mln. barel, "Qərbi Çıraq" platformasında 39,9 mln. barel 2019-cu ildə 19,6 mln. barel təşkil edib.

"Qərbi Azəri" platforması üzrə isə hasilat 2015-ci ildə 40,3 mln. barel olmuşdusa, 2019-cu ildə hasilat artaraq 44,3 mln. barel, "Şərqi Azəri" platformasında 2015-ci ildə hasilat 26 mln. bareldən artaraq 2019-cu ildə 32,6 mln. barel təşkil edib.

Milli.Az