BP Azərbaycanda sosial layihələrə 86 milyon dollar xərcləyib

1 İyun 2020 18:54

BP Azərbaycanda əməliyyatlara başladıqdan etibarən icma inkişafı və təhsil təşəbbüsləri də daxil olmaqla tərəfdaşlarla birlikdə sosial proqramların həyata keçirilməsinə 86 milyon dollar xərcləyib.

Milli.Az xəbər verir ki, bu barədə BP-nin "2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı"nda deyilir.

Qeyd edək ki, BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları cari ilin birinci rübündə Azərbaycandakı sosial investisiya layihələrinə 1 milyon dollar sərf edib.

Milli.Az