Yevlaxda üçotaqlı ev yanıb

1 İyun 2020 21:54

Yevlax şəhərində ümumi sahəsi 96 kvadratmetr olan evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildiriblər ki, birmərtəbəli üçotaqlı ev hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az