Rusiyalı aktyor koronavirusdan ölüb

1 İyun 2020 21:59

Rusiyalı Xalq artisti, teatr aktyoru Yulen Balmusov 80 yaşında vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyor koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Yulen Balmusov 1940-cı ildə anadan olub. O, teatrda 100-dən çox tamaşada rol alıb. Aktyor film və kompüter oyunlarının səsləndirilməsi ilə də məşğul olub.

Milli.Az