“Mançester Yunayted” İqalo ilə müqaviləni uzatdı

1 İyun 2020 22:10

"Mançester Yunayted" müqavilə ilə Çinin "Şanxay Şenxua" klubuna məxsus olan Odion İqalonun icarə müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. İcarə müqaviləsi mayın 31-də bitən İqalo 2021-ci ilin yanvar ayının sonunadək "qırmızı şeytanlar"da çıxış edəcək.

Qeyd edək ki, bu ilin yanvar ayından "Mançester Yunayted"də oynayan 30 yaşlı hücumçu, 8 matçda 4 qol vurub.

Milli.Az