Acun “Survivor”da dava edən iştirakçını oyundan qovdu

1 İyun 2020 19:44

"TV8" kanalında bu axşam yayımlanacaq, reytinqləri alt-üst edən "Survivor-2020"nin yeni bölümündə iştirakçı ilə realiti-şounun aparıcısı Acun Ilıcalı arasında qalmaqal yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təqdim edilən anonsda oyundan əvvəl Acun Ilıcalı tərəfindən elan olunan böyük mükafat uğrunda yarışan iki komandanın üzvləri üz-üzə gələrək, söz savaşına çıxıblar.

"Məşhurlar" komandasının iştirakçısı Yunus Emre "Könüllülər" komandasının üzvü Berkan Karabulutla mübahisə edib.

Yayımlanan anonsda Acun Berkanla mübahisə edən Yunus Emreye sözlərinə fikir verməsini və ağır ifadələrdən istifadə etməməsini istəyib. Yunus üzrxahlıq edərək, Ilıcalının sözlərinə gülüb.

Y.Emrenin hərəkətindən əsəbiləşən A.Ilıcalı onu oyundan qovub.

Milli.Az