Xalq artisti çəki atıb, 100 kilo oldu

1 İyun 2020 19:14

Xalq artisti, məşhur tenor Yusif Eyvazov xeyli çəki atması ilə diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi instaqram hesabında əvvəl və sonrakı hallarını əks etdirən kollaj fotosunu paylaşaraq sağlam şəkildə arıqladığını qeyd edib.

Eyvazov pəhriz saxladığını, idmanla məşğul olduğunu və hansısa bir kimyəvi dərman qəbul etmədiyini bildirib.

Opera ifaçısı bundan əvvəl 122 kiloqram çəkidə olduğunu, lakin 21 kq arıqladığını açıqlayıb.

Milli.Az