"Yaşar Nuri Firəngizi sevirdi" - Həyat yoldaşı ETİRAF ETDİ - VİDEO

1 İyun 2020 15:11

ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum aktyor Yaşar Nurinin həyat və yaradıcılığından danışılıb.

Milli.Az bildirir ki, verilişin qonağı olan mərhum xalq artistinin həyat yoldaşı ‎Rəhimə Nuriyeva və qızı Ülkər Nuriyeva onunla bağlı xatirələrini bölüşüblər.

Rəhimə Nuriyeva ilk dəfə olaraq ARB-nin efirində mərhum xalq artistinin Firəngiz Mütəllimovanı sevdiyini etiraf edib:

"Yaşar Nurinin heç kimlə şəxsi münasibəti olmayıb. Hamı ilə eyni səviyyədə münasibət göstərib. Yeganə adam Arif Quliyev idi ki, bizə gəliş-gedişi olub. Qadınlarla da eyni cür münasibətdə olub. Firəngiz xanımı isə sevib. Amma buna baxmayaraq Yaşar dünyasını dəyişəndən sonra heç kim bizə gəlib-getmədi".

Milli.Az