Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq

1 İyun 2020 14:27

Azərbaycan telekanallarının birində Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.

S.Qafarova bildirib ki, hazırda verilişin formatı və digər məsələlərlə bağlı iş aparılır.

Milli.Az