Milli Məclisə gələn jurnalistlərdən tibbi maska taxmaq tələb olunur

1 İyun 2020 12:37

Bu gün Milli Məclisin plenar iclası ilə əlaqədar parlamentə gələn jurnalistlər mütləq tibbi maska taxmalıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd edilib ki, jurnalistlər plenar iclasda iştirak edərkən mütləq tibbi maskadan istifadə etməlidirlər.

Milli.Az