Nikol Paşinyan koronavirusa yoluxub

1 İyun 2020 10:17

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə N.Paşinyan öz "Facebook" səhifəsində bildirib.

O bildirib ki, ötən gün verdiyi koronavirus testi müsbət nəticə verib:

"Mən də heç bir simptom olmasa da, hərbi hissələrə səfər edəcəyim üçün testdən keçməyi qərar verdim və testin nəticələri müsbət çıxıb".

N.Paşinyanın ailə üzvlərinin də virusa yoluxduğu məlum olub.

Milli.Az