Gerye "Neftçi" ilə vidalaşdı

1 İyun 2020 11:36

"Neftçi"nin futbolçusu Donald Gerye Bakı klubu ilə vidalaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə 31 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" səhifəsində yazıb: "Yeni bir başlanğıc vaxtıdır. Təşəkkürlər "Neftçi", hər şey gözəl idi".

Qeyd edək ki, Gerye ötən yaydan "Neftçi"də oynayırdı. Onun klubu ilə müqaviləsi iyunun sonuna qədərdir.

Milli.Az