Kolumbiyada baş verən partlayış nəticəsində iki nəfər yaralanıb

31 May 2020 23:52

Kolumbiyanın paytaxtında baş verən partlayış nəticəsində ən azı iki nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "La FM" radiostansiyası bildirib.

Məlumata əsasən, hadisə Boqotanın mərkəzi rayonlarının birində səhər saatlarında baş verib. Partlayış nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar ən yaxın xəstəxanaya çatdırılıblar.

Hakimiyyət orqanları istintaqa başlayıb. İlkin məlumatlara görə, hadisənin cinayətkar dəstələr arasında qarşıdurma nəticəsində baş verməsi ehtimal olunur.

Milli.Az