Göyçayda kanalda 1 nəfər batıb

31 May 2020 21:26

Göyçayda kanalda 1 nəfər batıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şirvan su kanalının Göyçay rayonunun Aşağı Qaraməryəm kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az