Ağdamda şadlıq sarayı yanıb

31 May 2020 21:12

Ağdamda şadlıq sarayında yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Şadlıq sarayının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Obyekt sahibi hadisə yerinə gələnədək yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az