Bu yolda hərəkət qısamüddətli məhdudlaşdırılır

31 May 2020 16:54

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində 01 iyun tarixində səhər saatlarından hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a məlumat verilib.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Milli.Az