Bakıda maşın məşhur mağazaya girdi - VİDEO - FOTO

31 May 2020 15:40

Bakıda maşın məşhur mağazaya girib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə "Soliton" mağazasının Məhəmməd Hadi küçəsində yerləşən filialında baş verib. 99 HC 885 nömrəli "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarında yerləşən mağazanın şüşəsini sındıraraq içəri daxil olub.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.

Milli.Az