Gürcüstan səfiri ermənilərin üzünə də baxmadı
20 Aprel 2010 18:40
Milli.Az xəbər portalı Tert.am-a istinadən xəbər verir ki, aksiya iştirakçıları "Cavaxetiyaya birgə sahib olaq", "Muxtariyyət", "Müdafiə edəcəyik, qazanacağıq, sahibi olacağıq" şüarlarını səsləndiriblər. Onlar Cavaxetiyaya Gürcüstanın tərkibində geniş muxtariyyət tələb ediblər.
Ermənilərin tələbləri o qədər sərsəm olub ki, nə Gürcüstanın Ermənistandakı səfiri, nə də səfirliyin başqa əməkdaşları aksiya iştirakçılarının nümayəndəsini qəbul etməyib. Diplomatlar piketin qətnaməsini də götürməyiblər.
Hərəkatın nümayəndəsi Eduard Abramyan jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstan səfiri diplomatik etika qaydalarını pozub: "Biz dialoqa başlamağa cəhd etdik. Amma gürcü tərəfi bu cəhdi rədd elədi".
Milli.Az